Banner

Azərbaycanda OO hərfli nömrələr satışa çıxarıldı – FOTOLAR

Avtoxəbər 18 May 2014 01:56 Oxunub 24853
Azərbaycanda OO hərfli nömrələr satışa çıxarıldı – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu seriya ilə ilk nömrəni «Hafka»nın oğlu alıb

Avtomobəllər üçün dövlət nömrə nişanının seriya və rəqəmlərinin fərqli kombinasiyaları ilə maraqlanan sürücülər üçün xəbərimiz var. Avtosfer.az saytının verdiyi məlumata görə, Dövlət Yol Polisi (DYP) bu yaxınlarda OO seriyalı nömrə nişanlarının satışına başlayıb. Amma bu nömrəni hər adam ala bilmir.

Saytın əməkdaşı mayın 17-də Bakıda Parlament prospektində «Mersedes» markalı minik avtomobilinin fotolarını çəkib. Fotolardan da göründüyü kimi, həmin avtomobilin üzərindəki nömrə OO seriyası ilədir. 10 OO 004 dövlət nömrə nişanlı avtomobilin nömrəsi ətrafdakıları da təəccübləndirib. Çünki bu seriya ilə nömrələrin satışı indiyədək həyata keçirilmirdi. Lakin hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, OO seriyası ilə ilk dövlət nömrə nişanı tanınmış iş adamı, «Baglan Group» şirkətinin prezidenti Hafiz Məmmədovun oğluna verilibmiş. «Hafka» ləqəbi ilə tanınan iş adamının oğlu Kənan Məmmədov adətən sonu 010-la bitən nömrə nişanları olan bahalı avtomobillər idarə edir. Bir neçə gün öncə ona məxsus olan 10 LL 010 markalı «Maseratti» markalı avtomobil Rəşid Behbudov küçəsində alışıb yandı. Avtomobilin dəyərinin 200 min manatdan artıq olduğu bildirilir. Məlumata görə, avtomobil tam yararsız hala düşüb və onun sığortası olmayıb. Kənan Məmmədovun OO seriyalı nömrəni hansı avtomobilə vurduğu açıqlanmır.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda 90 və 99-la nömrələr satılır. Lakin nömrə həvəskarları daha çox 10-la başlayan nömrələri əldə etməyə çalışırlar. Bununla əlaqədar olaraq, Dövlət Yol Polisi son vaxtlar PP, YY və nəhayət, OO seriyası ilə olan və 10-la başlayan nömrələrin satışına başlayıb. Bunun ardınca isə Q hərfi ilə başlayan və 10-la olan nömrələrin satışa çıxarılacağı gözlənilir.

Nömrələrin qiyməti məsələsi barədə konkret nəsə demək çətindir. Çünki dövlət rüsumu olduqca maraqlı görünsə də, əslində, cüt hərflərdən və rəqəmlərdən ibarət nömrələrin qat-qat baha qiymətə satıldığı bildirilir. Azərbaycan qanunvericiliyində isə açıq-aşkar yazılıb ki, Dövlət Yol Polisinin imtihat-qeydiyyat məntəqələrində və rəsmi internet saytında satışda olan bütün nömrələr açıqlanmalı və qiymətləri də qeyd olunmalıdır. Yəni, insanlar DYP idarələrində və şöbələrində, eləcə də DYP-nin saytında istədikləri nömrəni seçib sifariş edə və dövlət rüsumunu ödəməklə həmin nömrəni ala bilər. Amma qanunun bu müddəası Dövlət Yol Polisi İdarəsi tərəfindən 2 ildən çoxdur ki, icra olunmur…

Nömrələrin qanuni rüsumunu isə bir daha təqdim edirik. Bəlkə faydası oldu;

001, 002, 003, 004, 005, 006, 007, 008, 009 və nömrələrdəki müxtəlif hərf nişanları olan dövlət qeydiyyat nömrələrinə görə 1500 manat, eyni rəqəm və eyni hərfləri olan nömrələrə görə isə 2500 manat dövlət rüsumu alınır. 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 rəqəmləri və müxtəlif hərf nişanlı nömrələrə görə 1000 manat, həmin rəqəmlər və eyni hərfli nömrələrə görə 1500 manat rüsum alınır. 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 və müxtəlif hərfli nömrələrin rüsumu 500, eyni rəqəmlər və hərfli nömrələr isə 1000 manatdır.

Adi dövlət qeydiyyat nömrə nişanına görə dövlət rüsumunun məbləği 22 manatdır.

 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Anar yusibov 19 May 2017 13:22
salam her kese mende istelinen ve reqiyon nomuresi ferq etmez esas odu ki zerkalni nomure xestesiyem mende nomure 50 BG 009
Rahid 10 Noyabr 2014 22:55
salam, xeyir men oo 009 -u görmüşəm təxminən 2 ay əvvəl yadimda deyil nə maşını idi ancaq
Ziya Guliyev 10 Noyabr 2014 22:55
Adi dövlət qeydiyyat nömrə nişanına görə dövlət rüsumunun məbləği 18 manat yox, 22 manatdır.