Azərbaycanda yeni mühərrik qatqısının hazırlanmasına 20 min manata yaxın vəsait ayrılıb
Avtoxəbər
23 Avqust 2021 12:04

Bakı Ali Neft Məktəbinin (BANM) məzunları tərəfindən hazırlanan yeni elmi-tədqiqat layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş qrant proqramının qalibi olub.
Elmi-tədqiqat layihəsi 19 930 AZN qazanıb. Layihə Elmar Əsgərzadə, Hüseyn Əliyev, Aleksandr Oborovskiy və Murad Rəhimov tərəfindən hazırlanıb.
Qalibləri təbrik edən Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, ilk müsabiqə olmasına baxmayaraq, sahibkarlar tərəfindən maraq böyükdür. Gənclərin bilik və bacarıqlarını qiymətləndirdiyi üçün BANM ailəsi də KOBİA-ya təşəkkürünü bildirir.
Qeyd edək ki, ümumilikdə müsabiqəyə 329 layihə təqdim edilib.
Layihəyə uyğun olaraq səkkiz ay ərzində yeni mühərrik qatqısı hazırlanaraq testləri aparılacaq və sonda bazara çıxarılacaq. Həmmüəlliflərin əsas hədəfi mühərrik yağları üçün sürtünmə əmsalını minimuma endirərək enerji sərfiyatını azaldan nanomaterialın hazırlanmasıdır.
Oxunub : 1630
DİGƏR XƏBƏRLƏR
10 Sentyabr 2026 17:00
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
10 Sentyabr 2026 16:00
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
10 Sentyabr 2026 15:41
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
10 Sentyabr 2026 15:30
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
9 Sentyabr 2026 15:00
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
8 Sentyabr 2026 18:00
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
8 Sentyabr 2026 16:53
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
8 Sentyabr 2026 16:48
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
8 Sentyabr 2026 16:41
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
7 Sentyabr 2026 20:15
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
7 Sentyabr 2026 17:16
Sürücülərin sevmədiyi funksiyalar
6 Sentyabr 2026 20:48
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
ŞƏRH YAZ










