Azərbaycanı maşın qəbiristanlığına necə çevirirlər? - VİDEO

Son dövrlər Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərindən, xüsusilə də Dubaydan avtomobil gətirmək istəyənlərin sayı artmaqdadır. Səbəb isə bu ölkədə nəqliyyat vasitələrinin qiymətlərinin daha sərfəli görünməsi və vizual cəhətdən cəlbedici olmasıdır. Lakin əslində Dubaydan gətirilən avtomobillərlə bağlı ciddi risklər mövcuddur. Bir çox hallarda avtomobili ucuz qiymətə əldə etdiyini zənn edən alıcı, daha sonra əlavə xərclərlə qarşılaşaraq maddi ziyana düşür.
Avtosfer.az xəbər verir ki, Dubayda avtomobil bazarlarında və xüsusilə açıq hərraclarda satışa çıxarılan avtomobillərin əksəriyyəti ya ağır qəzaya düşmüş, ya da texniki baxımdan istismara yararsız vəziyyətdə olur. Həmin avtomobillər kosmetik təmirə məruz qalaraq “təmirli” və ya “əlverişli vəziyyətdə” adı altında satışa çıxarılır. Maşının yalnız zahiri görüntüsünə aldanan alıcı isə onu ölkəyə gətirdikdən sonra texniki nasazlıqları aşkarlayır və bəzən təmir xərcləri avtomobilin ümumi dəyərini aşır.
Xüsusilə su basmış, mühərrik və elektronik hissələrində nasazlıq olan, odometr göstəriciləri dəyişdirilmiş, yaxud şassi zədələnmiş avtomobillərin çoxluğu sonradan ciddi təhlükə yarada bilər. Bununla yanaşı, Dubaydan gətirilən bəzi modellər Azərbaycanın yol və iqlim şəraitinə tam uyğun deyil. Bu da uzunmüddətli istifadədə əlavə problemlər ortaya çıxarır.
Qeyd edək ki, bəzən avtomobili Dubaydan onlayn sifariş edən şəxslər avtomobili yaxından görmədən, yalnız şəkillər və vasitəçilərin sözləri əsasında alqı-satqı həyata keçirirlər. Bu isə aldanma ehtimalını daha da artırır. Çünki avtomobilin real texniki vəziyyəti, keçmişi və hüquqi statusu ətraflı yoxlanmadan dəqiq qiymətləndirilə bilməz.
Mütəxəssislər bildirir ki, Dubaydan avtomobil almaq istəyən şəxslər diqqətli olmalı, texniki ekspertiza və beynəlxalq VIN kodu yoxlaması aparmadan heç bir nəqliyyat vasitəsini qəbul etməməlidirlər. Əks halda, “ucuz” alınan avtomobilin astarı üzündən baha başa gəlir.
Eltac Zülfüqaroğlu
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir
Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır
PPF örtüyü avtomobil boyasını nə dərəcədə qoruyur? – VİDEO
Ölkəyə nə qədər elektrik və hibrid avtomobil idxal edilib? - DGK sədri açıqladı - VİDEO
“Maserati” milyardlıq elektromobil layihəsini dayandırdı
Gömrükdə nəqliyyat vasitələrinin yoxlanılması sinxron həyata keçiriləcək - YENİ QƏRAR
Kondisioner işləyərkən pəncərəni açmaq olarmı?
Kompüter mühəndisləri sürücüsüz avtomobilə minməyə qorxurlar - FOTO










