Azərbaycanın beynəlxalq daşımalarda iştirak edən avtomobillərinin sayı 2 dəfədən çox artıb

Xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə "İcazə" blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsinin ləğvindən sonra Azərbaycanın beynəlxalq daşımalarda iştirak edən yük avtomobillərinin sayı iki dəfədən çox artıb.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi vəzifəsini icra edən Kənan Qurbanov qurumun yarım illik hesabatına həsr edilmiş tədbirdə bildirib.
Onun sözlərinə görə, iki il əvvəl Azərbaycanın beynəlxalq daşımalarda iştirak edən avtomobillərinin sayı 3500-4000 təşkil edirdisə, hazırda bu göstərici iki dəfədən çox artıb.
"Xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə "İcazə" blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsi böyük bir problem idi. Bunun ləğvi bizim daşıyıcıların rəqabətqabiliyyətliliyini artırdı. İndi artıq ölkələr qarşılıqlı şəkildə "İcazə" blanklarını verir", - deyə K. Qurbanov bildirib.
Xatırladaq ki, nəqliyyat vasitələrinə "İcazə" blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsi Azərbaycan Prezidentinin 29 mart 2023-cü il tarixli fərmanına əsasən ləğv edilib.
(Report)
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO










