Azərbaycanın sürücülük vəsiqəsi hansı ölkələrdə tanınır? - SİYAHI

Azərbaycan və Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı şəkildə tanınacaq. Bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb. Saziş təsdiq olunduqdan sonra iki ölkə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi mümkün olacaq.
Maraqlıdır ki, başqa hansı ölkələrdə bu vəsiqə qarşılıqlı tanınır?
Avtosfer.az “Bizim.media”ya istinadən xəbər verir ki, vəsiqələrinin qarşılıqlı tanındığı ölkələr əsasən postsovet ölkələridir.
Qarşılıqlı tanınmanın olduğu MDB ölkələri aşağıdakılardır:
- Qazaxıstan;
- Qırğızıstan;
- Tacikistan.
Bundan əlavə, Azərbaycanla Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması barədə saziş mövcuddur. Həmçinin, Rusiya, Gürcüstan, Almaniya, o cümlədən digər əksər ölkələrdə bu sənəd müvəqqəti keçərli sayılır. Yalnız daimi yaşamaq hüququ olarsa, ölkənin daxili şərtlərinə uyğun imtahandan keçərək yeni sənəd əldə edilir.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












