Azərbaycanlı Almaniyada rəisin üstünə maşın sürdü, görün nələr oldu

Almaniyada yaşayan soydaşlarımızdan biri Toğrul Əziz özünün facebook profilində maraqlı məlumat paylaşıb. Avtosfer.az məlumatın maraqlı olduğunu nəzərə alaraq qısa ixtisarla diqqətinizə çatdırır: «Köln şəhərinə yaxın şəhərlərin birində bir dostumuz var, yolla gedəndə bunun «Jeep»inin qabağına ikiqapılı balaca «Ford» çıxıb. İşarə eliyib ki, çəkil kənara keçim. «Ford» sürən də əliylə işarə eliyib ki, sürət həddinə əməl edirəm, yəni, qanuni sürürəm, mane olma. Dostumuz da «Jeep»i sürüb bunu yandan sıxışdırıb salıb torpaq yola ki, adamlığın olsun, «Jeep»imin qabağında ikiqapı "zapıyla" nə işin var? Dostumuz danışır ki, 2 km getmişdim, baxdım ki, 3 polis maşını yolu kəsib. Onu maşından düşürüb əl-qolunu qandallayıblar. Elə bu anda həmin o ikiqapılı «Ford» gəlib çıxıb. İçindəki adam düşən kimi hər 3 polis maşınındakı 6 polis fərəqət durub "çest" veriblər ki, "cənab rəis, avtoxuloqanı zərərsizləşdirdik": Məlum olub ki, həmin o ikiqapılı maşın sürən şəxs yol polisi rəisi imiş. Bu əməlinə görə azərbaycanlıya 6 bal və 450 avro cərimə yazıblar».
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












