Azərbaycanlı biznesmenin “avtoş” oğlu qəza törətdi- 5 ölü - VİDEO

Moskvanın Kutuzov prospektində azərbaycanlı sürücünün günahı ucbatından dəhşətli qəza baş verib. Ağır qəza nəticəsində sürücü Vaqif Mirzəyev də daxil olmaqla 5 nəfər həlak olub. Avtosfer.az-ın məlumatına görə, virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskvada yaşayan 24 yaşlı Vaqif Mirzəyev özünün bahalı “BMW M5” markalı avtomobilini saatda 200 km sürətlə idarə edirmiş. Bunu qəza şahidləri deyib. Şahidlərin sözlərinə görə, bazar gününə keçən gecə saat 3-də baş vermiş qəza sırf V.Mirzəyevin günahı ucbatından baş verib: “O, yolun gah sağ, gah da sol tərəfinə çıxaraq dəhşətli sürətlə hərəkət edirdi. Bəzən qarşıdan gələn avtomobillərin yoluna çıxırdı”.
Moskva yol polisindən bildirilib ki, qəza Kutuzov prospektindəki 24 saylı binanın qarşısında baş verib. V.Mirzəyevin maşını yolun kənarında dayanmış taksiyə çırpılıb. “BMW M5” zərbənin təsirindən dərhal alışıb. Onu söndürmək mümkün olmayıb. Yanğını yalnız yanğısöndürmə və xilasetmə briqadalarının gəlişindən sonra söndürüblər.
Bundan sonra aparılmış ilkin təhqiqat zamanı V.Mirzəyevin və onun iki sərnişininin yanaraq öldüyü məlum olub. Ölənlərdən birinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Yalnız o məlumdur ki, həmin şəxs gənc kişidir. Taksidə də iki nəfər ölüb. Onlar taksi sürücüsü Koba Canelidze və onun sərnişini, 38 yaşlı Svetlana Bokovadır. V.Mirzəyevin maşınında olan 21 yaşlı Darya Dyadyura adlı gənc qadın isə onurğa sütununun sınığı və yanıq diaqnozu ilə xəstəxanaya aparılıb. O, “BMW M5”nin arxa oturacağında oturubmuş.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR

















