Azərbaycanlı milyonçunun "avtoş" oğlunun ölüm görüntüsü - VİDEO

Rusiyanın paytaxtı Moskvada, Kutuzov prospektində 5 nəfərin ölümünə səbəb olan azərbaycanlı "avtoş"un son görüntüləri yayılıb. Anspress-in məlumatına görə, adıçəkilən prospektdə quraşdırılan müşahidə kameraları 24 yaşlı Vaqif Mirzəyevin bahalı maşını ilə yolda "dama hərəkətləri" etdiyi aydın görünür. Kadrlardan da görünür ki, o maşın «BMW»-ni yüksək sürətlə idarə edərək qarşı zolağa çıxıb. Nəticədə qarşıdan gələn "Hyundai Solaris"lə toqquşub. Bundan sonra maşın alışıb.
Xatırladaq ki, qəza noyabrın 8-də gecə saatlarında baş verib. Hər iki maşında olan 5 nəfər güclü zərbənin təsirindən elə hadisə yerindəcə keçinib. Yalnız 21 yaşlı Darya adlı qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Məlumata görə, V.Mirzəyev azərbaycanlı iş adamının övladıdır. Yaxınları onun avtoyürüşü çox sevdiyini, pulla bağlı heç bir problemi olmadığını deyiblər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












