Bakı ilə Sumqayıt arasında metrobuslar fəaliyyətə başlayacaq? - VİDEO

Bakı ilə Sumqayıt arasında metrobusların fəaliyyətə başlaması təklif olunur.
Avtosfer.az xəbər verir ki, təşkilatçı şirkətin "Xəbər Ertəsi”nə verdiyi məlumata görə, Türkiyə istehsalı olan 22 ədəd 21 metrlik elektrik mühərrikli metrobusun istifadəyə verilməsi ilə bağlı layihə var.
Məqsəd ölkədə ən böyük sərnişin axınının müşahidə edildiyi iki şəhər arasındakı sıxlığın azaldılması və keyfiyyətli sərnişindaşımanın həyata keçirilməsidir. Layihə aidiyyəti qurumalara da təqdim edilib.
Bəs mövcud şəraitdə Bakı-Sumqayıt yolunda metrobusun fəaliyyəti nə dərəcədə real görünür? Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, layihəni reallaşdırmaq sadədir. Elektrik mühərrikli avtobuslar baha olsa da, onların təşkili xüsusi texniki iş tələb etmir. Lakin bu nəqliyyat növünün də Bakı-Sumqayıt yolundakı sıxlığı aradan qaldıracağı sual altındadır.
Ərşad Hüseynov onu da qeyd edib ki, sözügedən yolda tıxacın və sıxlığın qarşısını almaq üçün metronun təşkili ən uyğun seçimdir.
Bu, həm də sərnişinlərin dəfələrlə nəqliyyat vasitəsi dəyişməsinin və vaxt itkisinin qarşısını ala bilər.
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?












