Bakı-Qazax yolunda yük avtomobili aşıb

Ağdaş rayonunda yük avtomobili aşıb, xəsarət alan var. APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün saat 11:30 radələrində Bakı-Qazax magistral avtomobil yolunun 267-ci kilometrliyində, Ağdaşın Ləki qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Əliyev Məcid Sədiyar oğlunun idarə etdiyi 90 TB 135 dövlət nömrə nişanlı “TIR” markalı yük maşını yoldan çıxaraq aşıb. Məlumata görə, Bakıya mebel aparan “TIR”ın aşmasına səbəb qarşı tərəfdən eyni istiqamətdə hərəkət edən “QAZel” markalı yük maşınının qəflətən sürəti azaldaraq sağa dönməsi olub. “TIR”ın sürücüsü qarşıdakı maşını vurmamaq üçün idarəetməni itirib və avtomobili aşırıb. Avtomobildəki mebellər yerə dağılıb. Hadisə zamanı Məcid Əliyev müxtəlif bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












