Bakı Şəhər Təhsil İdarəsi: “37 məktəb Milli Qəhrəmanın adını daşıyır”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Milli Qəhrəmanların və şəhidlərin xatirəsini daim hörmətlə anmaq üçün tədris ili ərzində müxtəlif tədbirlər və layihələr həyata keçirilir.
Bu barədə Oxu.Az-ın məktəblərdə sinif otaqlarına, siniflərə şəhidlərin adlarının verilməsi ilə əlaqədar atılan addımlar barəsində Bakı Şəhər Təhsil İdarəsinə ünvanlanan sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəmanın adını daşıyır:
“Məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından olduqca böyük rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir. Vaxtaşırı olaraq məktəblərdə adını daşıdıqları qəhrəmanların anım mərasimləri keçirilir, onların hamıya örnək həyat yolu gənclərə nümunə kimi göstərilir.
2016-2017-ci tədris ilindən başlayaraq BŞTİ və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində “Milli Qəhrəmanlar guşəsi” yaradılıb. Təşəbbüsün əsas məqsədi Milli Qəhrəmanlıq zirvəsinə yüksəlmiş vətən övladları haqqında məktəblilərdə daha geniş təəssürat yaratmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirmək və gənclərin çağırışaqədərki hazırlığını yüksəltməkdən ibarətdir.
Paytaxtdakı ümumi təhsil müəssisələrində Milli Qəhrəmanların və şəhidlərin adlarının müxtəlif siniflərə verilməsi təşəbbüsü də genişlənməkdədir. Bir neçə ildir davamlı şəkildə reallaşdırılan bu təşəbbüsün əhatə dairəsi Vətən Müharibəsindəki parlaq qələbəmizdən sonra daha da artmaqdadır. Siniflərə Milli Qəhrəmanların və şəhidlərin adlarının verilməsi sözsüz ki, gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafında mühüm rol oynayır”-, deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, dövlətimiz tərəfindən müharibə iştirakçıları olan qazilər və şəhid alilələri hərtərəfli qayğı ilə əhatə olunur.
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?










