Bakıda «07» sürücüsündən ŞOK hərəkət – VİDEO

Bakıda avtobus sürücülərinin özbaşınalığından cana-boğaza yığılan təkcə sərnişinlər deyil, həm də sürücülərdir. Avtosfer.az-ın təqdim etdiyi bu video deyilənləri bir daha təsdiq edir. Bakıda baş vermiş bu maraqlı olay nə qədər təhlükəli olsa da, avtobus sürücülərinə qarşı mübarizənin bir göstəricisidir. Belə ki, svetoforun qırmızı işığında hamı dayanıb gözləyir. Lakin özünü «ağıllı» sayan avtobus sürücüsü qarşı yola çıxaraq sürətlə hərəkət edir və qırmızı işıqdan keçir. Qarşı yolda svetoforda dayanan qırmızı rəngli «VAZ-2107» markalı avtomobilin sürücüsü isə avtbus sürücüsünün bu kobud hərəkətinə özünəməxsus tərzdə cavab verir. Belə ki, «07»-nin sürücüsü idarə etdiyi avtomobillə avtobusun qarşısına atılır və onun yolunu kəsməyə çalışır. Lakin avtobus sürücüsü bir qədər cəld hərəkət edərək qəzadan yayına bilir və yoluna davam edir. Düzdür, «07» sürücüsünün bu hərəkəti olduqca təhlükəlidir. Çünki sürətlə hərəkət edən avtobus onun üstündən keçə bilərdi.
Bütün hallarda, bu onu göstərir ki, artıq hər kəs avtobus sürücülərinin özbaşınalığından bezib. Hələ ki, gec deyil. Aidiyyatı qurumlar söz xatirinə yox, əməli işə keçib bu sahədə ciddi tədbirlərə başlamalıdır.
Elməddin Muradlı
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












