Bakıda 200 minlik «Galendewagen» belə aşdı - VİDEO

Bu yol nəqliyyat hadisəsi Bakının Nərimanov rayonu ərazisində -Təbriz küçəsində qeydə alınıb. Üzü «Nəriman Nərimanov» metrostansiyasına tərəf hərəkətdə olan iki avtomobilin anidən toqquşması ağır nəticəyə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, qəzanın başvermə anı Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameriaları vasitəsilə qeydə alınıb. Görüntülərdən məlum olur ki, «Mersedes-Galendewagen» markalı avtomobil yolun sol zolağı ilə hərəkətdə olarkən qarşıda hərəkət edən «BMW» markalı avtomobil qəflətən onun yoluna çıxır. «BMW» sola dönməyə çalışır. Hansı ki, diqqətlə baxdıqda görürük ki, asfalt üzərindəki yol nişanında yalnız düzünə hərəkətə icazə veririr. Nişana əhəmiyyət verməyən sürücü sürətlə hərəkət edərkən qəflətən sola dönür və bu anda «Galendewagen» onu ortadan vurur. Zərbənin gücündən «BMW» arxası üstə, «Galendewagen» isə yanı üstə aşır. Hər iki avtomobildə olan gənclər sağ-salaman maşınlardan çıxa bilsələr də, yəqin ki, ani səhvin ucbatından düşdükləri vəziyyəti heç vaxt unuda bilməzlər.
Elməddin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












