Bakıda avtomobili olmayan xanıma cərimə mesajları gəlir - FOTO

Bakıda avtomobili olmayan xanıma Asanpay-dən cərimə mesajları gəlir. Nə edəcəyini bilməyən xanım Avtosfer.az-a mürəciət edərək bu məsələdə ona köməklik göstərilməsini xahiş edib. Belə ki, Evina Ruziyevanın nömrəsinə Elnarə Rüstəmovaya tətbiq olunan cərimə mesajları gəlib. Xanım isə bildirir ki, onun avtomobili yoxdur və heç zaman olmayıb. Evina Ruziyeva ASAN xidmətin 108 çağrı mərkəzinə məsələ ilə bağlı müraciət etsə də, bildirilib ki, o, yol polisinə yaxınlaşmalıdır. Xanım isə bu işlərin arxasınca düşmək üçün avtomobilinin olmadığını bildirir.
Avtosfer.az-ın yol polisindən əldə etdiyi məlumata əsasən aydın olub ki, yazılan cərimələrin Elvira xanım ilə heç bir əlaqəsi yoxdur. Onlar mesajda da qeyd olunduğu kimi, Elnarə Rüstəmovaya aiddir. Elnarə Rüstəmova avtomobil icarəsi ilə məşğuldur. Cərimələr də elə o avtomobillərlə bağlıdır. Bəzən verilən etibarnamənin vaxtı bitdiyindən yazılan cərimələr avtomobil sahibinin adına gəlir.
Yol polisi bilidirir ki, bu barədə onlarda heç bir qarışıqlıq yoxdur. Mesajların başqa birisinə yollanması isə onların məsuliyyətində deyil.
Aysel
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA














