Bakıda bir maşını eyni yerdə iki dəfə vurdular – VİDEO

Bakıda təhlükəli yolayrıclarının olduğu heç kimə sirr deyil. Onlardan biri də Nizami rayonu, 8-ci km qəsəbəsi ərazisindədir. İzlədiyiniz bu video həmin ərazidə çəkilib. Avtosfer.az-ın məlumatına görə, mebel daşıyan «VAZ2104» markalı avtomobil həmin yolayrıcında baş bir avtomobil tərəfindən vurulur və dərhal aşır. Ətrafdakı insanların köməyi ilə aşmış maşını düzəldib yolun kənarında saxlayırlar. Üstündən 5 dəqiqə keçməmiş həmin yolayrıcında daha bir yol qəzası baş verir. Yenə də yolayrıcını düzgün keçmədikləri üçün bir-biri ilə toqquşan maşınlardan biri sürətlə az öncə aşmış «04»ə çırpılır və «lənətlənmiş maşın» ikinci dəfə ağır zərbəyə tuş gəlir.
Bu, sadəcə sıradan bir qəza görüntüsü deyil. Avtosfer.az saytı bu kadrları ona görə təqdim edir ki, aidiyyatı qurumlar həmin yolayrıcına baxış keçirib qəzaların başvermə səbəbini aydınlaşdırsınlar və lazımı tədbirlər görülsün. Əks halda, belə məzəli və ağır hadisələrin sayı çox olacaq.
Elməddin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












