Bakıda film kimi dəhşətli yol qəzaları – ŞOK VİDEO

Avtosfer.az saytı Bakıda baş vermiş iki ağır yol qəzasının videolarını təqdim edir. Qəzaların hər ikisi paytaxtın mərkəzi küçələrində qeydə alınıb. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan qəzaların görüntüləri filmlərdəki qəza səhnələrini xatırladır.
Birinci yol qəzasında yüksək sürətlə hərəkət edən «TIR»-ın qəfdətən idarəetmədən çıxması əks olunub. Sanki yük avtomobilinin sürücüsü sükan arxasında yoxdur. Avtomobil bardürlərin üzərinə çıxaraq yolun iki zolağını kəsib keçir və xoşbəxtlikdən heç bir avtomobilə toxunmur. Üçüncü zolağa da keçən maşın burada dayanır və heç bir maşına toxunmur. Avtomobil idarəetmədən çıxarkən qapısı dərhal açılır və ilk baxışdan elə görünür ki, maşında heç kim yoxdur. Qəzadan dərhal sonra hadisə yerinə gələn yol polisi əməkdaşları qısa müddətdə ağır yük maşınını oradan uzaqlaşdırıb yolda yaranmış tıxacın qarşısını ala bilirlər. Ehtimal etmək olar ki, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması və ya avtomobildə yaranmış texniki nasazlıqdır.
İkinci qəzada isə «ZİL» markalı yük maşını sürətlə hərəkət etdiyi üçün qarşıdakı nəqliyyat vasitəsi tormoz verdikdə arxadan ona çırpılır. «TIR»ın tormoz verib sükanı qaçırmasına səbəb isə yola qəflətən minik maşınının çıxıb qəza şəraiti yaratması olur.
Elməddin
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










