Bakıda özünü maşınların altına atıb pul qazanan daha bir şəxs peyda oldu - FOTO

Son vaxtlar Azərbaycanda özünü qəsdən avtomobillərin altına ataraq sürücüləri şərləyən və onlardan pul qoparan şəxslər peyda olub.
Avtosfer.az xəbər verir ki, onlardan biri də Sabunçu rayonu ərazisində 99-PH-213 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün qarşısına çıxıb. Həmin avtomobilin sürücüsü bununla bağlı sosial şəbəkələrdə paylaşım edərək bildirib ki, dünən axşam saat 20:32 radələrində Sabunçu rayonu ərazisindəki 3saylı xəstəxananın qarşısında bir nəfər özünü avtomobilin önünə atıb. Sürücü dərhal reaksiya verərək maşını saxlaya bilib. Bunu görən həmin şəxs özünü yerə çırparaq “məni vurdun” - deyə qışqırmağa başlayıb. Sürücü isə maşından düşərək həmin şəxsi söyüb və onun yalan danışdığını deyib. Bundan sonra fotoda gördüyünüz bu şəxs hadisə yerindən qaçıb. Sürücü bildirir ki, bir qədər əvvəl yol polisindən zəng edərək onu şöbəyə dəvət ediblər. Sürücü o şəxsi vurmadığını sübut etmək üçün avtomobilinin fotosunu da paylaşıb və bildirib ki, hər hansı bir yol nəqliyyat hadisəsi baş verməyib. Sadəcə olaraq həmin şəxs özünü avtomobilin qarşısına ataraq ondan pul qoparmaq niyyətində olub.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar











