Bakıda qadın sürücü övladını bu cür təhlükəyə atdı - VİDEO

İzlədiyiniz bu kadrlar avqustun 21-də Bakıda qeydə alınıb. Babək prospektindən «Əhmədli» metrostansiyasına tərəf gedən yoldakı körpünün sağ tərəfində çəkilən bu kadrlar sözün əsl mənasında təhlükədən xəbər verir. Oxuculardan birinin Avtosfer.az-a təqdim etdiyi kadrlardan görünür ki, «KIA» markalı, 99 CG 713 dövlət nömrə nişanlı avtomobilin luku açıqdır və lukdan yarıya kimi bayıra çıxmış azyaşlı uşaq təhlükəli hərəkətlər edir. Bunu görən arxadan gələn avtomobilin sürücüsü dərhal bu kadrları lentə alıb və bizə göndərib.
Oxucu bildirir ki, avtomobili qadın sürücü idarə edirmiş və o, uşağın bu hərəkətlərinə laqeyd yanaşırmış: Oxucumuz isə bu mənzərədən çox təsirlənib: «Uşaq lukdan yarıya qədər bayıra çıxmışdı və oynayırdı. Ayaqlarını da qabaq oturacağın üstünə qoyub dayanmışdı. Allah eləməmiş, əgər qəfil tormoz olsaydı və ya başqa bir maşın həmin maşını sıxsaydı, qəza baş versəydi, avtomatik olaraq o uşaq lukdan yerə düşəcəkdi. Təsəvvür edin ki, o cür şəraitdə azyaşlı və köməksiz bir uşaq asfaltın üstünə çırpılır və ya arxadan, yandan gələn digər maşınların altında qalır. Videonu sizə göndərirəm ki, paylışasınız və bir daha belə işlər görməsinlər».
Əlbəttə, oxucumuz haqlıdır. Bu, yol hərəkətində olduqca təhlükəli hərəkətdir. Hər halda, başqa bir vətəndaş bu uşağa görə narahat olursa, valideyn bundan daha artıq narahat və diqqətli olmalıdır.
Seymur
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










