Bakıda «ruçnoy» çəkib «Jeep»i divara yapışdırdılar – VİDEO

Bu, kimlərəsə sıradan bir qəza kimi görünə bilər. Amma əslində, belə deyil. Bu hadisə Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində baş verib. Görüntülər isə Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» İdarəsinin kameraları vasitələri ilə qeydə alınıb. Avtosfer.az-ın Baş Dövlət Yol Polisi İdarəsindən əldə etdiyi görüntüdə üzüaşağı sürətlə hərəkət edən «Hundai Acsent» markalı avtomobilin yolda təhlükəli manevrlər etdiyinin şahidi oluruq. Çox güman ki, bu nəqliyyat vasitəsinin sürücüsü yola İsmayıl Qutqaşınlı küçəsindən qəflətən çıxıb və idarəetməni itirib. Sürücünün əl və ayaq tormozlarından istifadə etməsi vəziyyəti daha da qəlizləşdirir və yolun əks tərəfinə çıxan avtomobil ağır qəza törədir. Həcmcə kiçik olsa da «Hundai» özündən böyük «Nissan-X-trail» markalı avtomobili düz ortasından vuraraq divara sıxır. Həmin vaxt qəzaya uğrayan maşınların yanından onlarla maşın keçir və hər kəs də ağır qəza baş verdiyini görür. Lakin bir nəfər də olsun maşını saxlayıb maraqlanmır, köməklik göstərmir. Bax, işin ən ağır tərəfi də budur ki, insanlar arasında laqeydlik getdikcə daha da genişlənir.
Əziz dostlar, unutmayın, o maşınlarda hər birimizin yaxınları, elə biz özümüz də ola bilərik. Kömək edək ki, bizə də kömək edən tapılsın!
Elməddin Muradlı
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












