Bakıda sürətə məhəl qoymayan avtobuslar

İçərisi sərnişinlə dolu olan avtobusun günün pik saatında yığdığı sürət yoldakı digər sürücülərin də diqqətini cəlb edib. Politika.Az bildirir ki, həmin sürücü gördükləri barədə yazıb və foto göndərib. Oxucu yazır ki, srağagün səhər Zığ qəsəbəsindən Nobel prospektinə doğru hərəkət edərkən “beton yol” deyilən ərazidə Hövsan qəsəbəsindən şəhər istiqamətində yüksək sürətlə idarə edilən və içərisi sərnişinlə dolu olan 175 saylı avtobusun şəklini çəkib: “Hər gün bu hal təkrarlanır. Özü də həmin ərazidə sürət həddi maksimum 60 km/saatdır. Mən avtobusun bu vəziyyətdə orada 90 km/saat sürətlə hərəkət etdiyinin şahidi oldum. Bu qədər soyuqqanlı olmaq olmaz axı. Hər bir məmurun aldığı əmək haqqı bu millətin hər bir nümayəndəsinin dövlətə ödədiyi vergidəndir. Heç olmazsa halallığı düşünək”.
Şikayət məktubunda deyilir ki, Bakının sağalmaz problemlərindən biri ictimai nəqliyyatda olan vəziyyətdir: “Hər zaman olduğu kimi, Bakı şəhərinin yol-nəqliyyat sistemindəki nazarətsizlikdən yazan oxucu şikayətində göstərir ki, sərnişindaşımadakı problemlər hər gün media vasitələri ilə gündəmə gətirilir. Lakin bu məsələyə görə cavabdeh olan orqanlar və məmurlar bunu görmür? Əgər görmürlərsə, niyə və hansı əsasla həmin vəzifədə oturublar? Onların birbaşa cavabdehliyində olan məsələni necə olur hamı görür, amma cavabdeh olan şəxslər görmür. Görürlərsə, niyə qarşısı alınmır? Yəni bir dövlət qurumu olaraq nəqliyyata nəzarət etməli olan orqan nizam-intizama əməl etməyən avtobus və taksi sürücülərinin qarşısında bu qədər acizdirlərmi?”.
Məsələ ilə bağlı Bakı Sərnişin Nəqliyyat Departamenti, Yol Polisi, Nəqliyyat Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Departamentdən qısaca deyilib ki, bu məsələ həmin marşurutun sahibkarına irad kimi bildiriləcək.
milli.az
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...
Xaricdən avtomobil sifariş etmək istəyənlər üçün VACİB XƏBƏR
Bu şəxslər maşın sürərkən təhlükəsizlik kəməri taxmaya bilərlər
Yeni nəsil nəqliyyat vasitələrində gözlənilməz zəiflik aşkarlandı - Süni intellekt əsaslı ...
Avtomobil akkumulyatorunun ömrünü necə uzatmaq olar?
"BMW" və “Mercedes”lərin satışlarının qadağan edilməsi istənilir
Maşın nömrələrini gizlədən qurğu - Alanları hansı cəza gözləyir? - VİDEO











