Bakıda toy karvanında dəhşət; 14 yaşlı oğlan öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın məlumatına görə, yanvarın 31-də saat 17.25 radələrində, 20 Yanvar küçəsi 36-nın qarşısında Bakı şəhər sakinləri 1991-ci il təvəllüdlü Rəşad Alışov idarə etdiyi “Opel” markalı avtomobillə 2001-ci il təvəllüdlü Sərxan Yaqubovu vurub. Xəstəxanaya yerləşdirilən yaralı fevralın 2-də günorta saatlarında orada ölüb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən sürücü həmin vaxt idarə etdiyi «Opel»lə toy karvanında hərəkət edirmiş. Sürücü kobud qayda pozuntusu törədərək qarşı yola çıxıb və toy karvanının qarşısına keçməyə çalışıb. Qarşıdan maşın gəldiyini gördükdə sürəti artıraraq istəyinə nail olub. Toy karvanı dayanaraq ona yol verib. Amma sürət yüksək olduğu üçün sürücü avtomobili saxlaya bilməyib və yolun kənarında dayanmış 14 yaşlı oğlanı vurub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Qəza törədən sürücünün həbs olunduğu bildirilir.
Emin
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO










