Bakıda yanan 250 minlik maşının dəhşətli FOTOLARI

Ötən həftə Bakıda qəzadan sonra alovlanaraq tamamilə yanan dəbdəbəli sportkar “Maserati Quattroporte GTS Burns” elit avtomobillər üzrə ixtisaslaşmış qlobal gtspirit.com saytının diqqətini cəlb edib. Virtualaz.org saytının xəbərinə görə, sayt yanan avtomobilin fotolarını dərc edərək yazır: “Yeni “Maserati Quattroporte” ötən həftə sonu Azərbaycanda tamamilə yanıb. Dörd qapılı sedan şənbə günü Bakının mərkəzində yanıb, ancaq insident zamanı heç kim xəsarət almayıb. İnsident barədə az informasiya var, məlum olan təkcə odur ki, avtomobil Bakı sakini Rüfət Abdullayevə məxsus olub. Fotoşəkillərdən görünür ki, avtomobil “Maserati Quattroporte GTS”dir və Azərbaycana ən yeni gətirilmiş “Quattroporte”dur. Tamamilə mümkündür ki, avtomobil qəsdən yandırılıb. Əks halda izahı mümkün olmayan mexaniki zədə, yaxud digər mümkün ehtimallar nəzərdən keçirilməlidir. Qəribə olanı odur ki, avtomobil bu cür dəhşətli mexaniki zərbədən dağılıb və biz əminik ki, “Maserati” şirkəti insidenti bütünlüklə araşdıracaq. Avtomobil o dərəcədə dağılıb ki, demək olar tanınmaz haldadır. Bundan əlavə, yanğının hansı hissədə başladığını dəqiqləşdirmək çətindir. Motor bölməsi olduqca ağır vəziyyətdədir və interyer tamamilə darmadağın olub”.
Avtosfer.az saytının məlumatına görə, “Maserati”nin sahibi “Hafka” kimi tanınan iş adamı, “Baghlan Group” şirkətinin prezidenti Hafiz Məmmədovun oğlu Kənan Məmmədova məxsusdur. Lakin 10 LL 010 dövlət nömrə nişanlı bu avtomobil «Hafka»nın biznes ortaqlarınin oğlu Rüfət Abdullayevin adına qeydiyyatdadır. Polisin məlumatına görə, avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarında səkiyə dəyərək alovlanıb.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları














