Bakıda yolu keçən piyada qəzaya səbəb oldu

Bakının Nərimanov ryonunda yol nəqliyyat hadisəsi baş verib. İki minik maşınının toqquşduğu qəza Atatürk prospektində “Ayna sultanova” heykəlinin yaxınlığında qeydə alınıb. Qəza zamanı prospekt boyunca hərəkətdə olan Ramiz Səmədovun idarə etdiyi “Mercedes” markalı atomobillə, Murad Muradova məxsus eyni markalı nəqliyyat vasitəsi toqquşub. Qəzadan sonra sürücü və maşınlarda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Buna baxmayaraq hər iki minik maşınına ziyan dəyib. Hadisədən sonra qəza baş verən ünvana Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları gəlib. Aparılan araşdırmalardan sonra məlum olub ki, qəzadan əvvəl Ramiz Səmədov avtomobili ilə piyada keçidinin qarşısında piyadalara yol vermək üçün əyləci basıb, bu zaman isə düzgün ara məsafəsi seçməyən Murad Muradov nəqliyyat vasitəsini saxlaya bilməyib və qarşıda dayanan avtomoilin arxa hissəsinə çırpılıb. Qəzadan sonra hər iki sürücü izahatlarının alınması üçün polis şöbəsinə aparılıb. Hadisə ilə bağlı başlanan araşdırmalar davam edir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












