Banner

Bakıdakı qanunsuz duracaqlar ləğv edilir – QƏRAR VERİLDİ

Avtoxəbər 17 Aprel 2014 00:00 Oxunub 2316
Bakıdakı qanunsuz duracaqlar ləğv edilir – QƏRAR VERİLDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Metro çıxışlarında, səkilərdə maşınların saxlanılması qadağan edildi

Bakıda səkilərdə, yolun hərəkət hissəsində, parklara və metrolara giriş hissələrdə qanunsuz parklanmaların qarşısının alınması üçün tədbirlər görüləcək. Bu barədə avtosfer.az saytına Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Bakı şəhəri ərazisində avtomobil duracaqlarının təşkil edilməsi haqqında" sərəncam imzalayıb.

 

Qeyd edək ki, eyni sərəncam 2012-ci ildə də imzalanıb. Qərarda qeyd olunur ki, Bakının küçə və prospektlərində avtonəqliyyat vasitələrinin duracaq yerlərinin müəyyən edilməsi və duracaqlarda işin təşkili müstəsna olaraq BŞİH-in səlahiyyətlərinə aiddir. Qərara əsasən,  Bakının küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan bəzi dövlət strukturları, idarə təşkilat müəssisəsə və ticarət obyektləri sahibləri tərəfindən qeyri-qanuni yaradılmış duracaqlar ləğv edilib. Qərarda o da qeyd olunur ki tabeçiliyindən asılı olmayaraq qeyri-qanuni fəaliyyət göstərən duracaq və ya belə bir fəaliyyəti təşkil etmək istəyən hüquqi və fiziki şəxslərə qarşı, inzibati cərimə sanksiyaları və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər tədbirlər həyata keçiriləcək. BŞİH-in Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə Daxili İşlər Nazirliyinin DYPİ və Nəqliyyat Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə birlikdə Bakı şəhəri ərazisində duracaqların təşkili üçün yol hərəkəti təhlükəsizliyinə cavab verən və avtomobillərin daha çox toplandığı əraziləri müəyyən etmək və həmin ərazilərdə avtonəqliyyatın hərəkətini məhdudlaşdırmadan yol kənarlarında müvəqqəti duracaqlar yaradılmasını təşkil etmək tapşırığı verilib. Eyni zamanda yaradılmış duracaq ərazilərinin nişanlanması və duracaqların müvafiq (tariflər və vaxtı göstərən) məlumat lövhələri ilə təmin edilməsini, duracaq işinin nizamlanması həyata keçirilməlidir. BŞİH-in Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi işin effektiv aparılması üçün Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə əməkdaşlıq edəcək. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi duracaqlara nəzarət məqsədilə quraşdırılmış mövcud texniki-müşahidə vasitələrinin (kameraların) görüntülərindən və digər texniki imkanlardan istifadəsinə şərait yaratmalıdır. Qərara əsasən, BŞİH-in Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi pullu dayanacaqlarda nəqliyyat vasitələrinin saxlanılması qaydalarını müəyyən etməlidir. Eyni zamanda daxili işlər naziri Ramil Usubova müraciət edilib. Daxili İşlər Nazirliyindən Bakı şəhərində durma və parklanma probleminin aradan qaldırılması və tıxacların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsinə və Bakı Baş Polis İdarəsinə tapşırıqlar vermək, Baş Dövlət Yol Polisi İdarəsinə nəqliyyat vasitələrinin sahiblərinin mənsubiyyəti ilə bağlı məlumatların əldə edilməsi üçün Nəqliyyat Vasitələrinin Qeydiyyatı bazasından istifadə etməyə müvafiq şərait yaratmaq istənilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh