Bakının mərkəzində ikitəkər gedən «Niva» - VİDEO

Bir neçə gün əvvəl Bakıda gecə yarısı «avtoş»luq edən «Niva» markalı avtomobillər barədə məlumat vermişdik. Bu dəfə isə daha bir «Niva»nın videosunu təqdim edirik. Avtosfer.az auto.az-a istinadən xəbər verir ki, sözügedən videonun çəkilmə tarixi dəqiq bəlli deyil. Bəlli olan budur ki, hadisələr Yasamal rayonunda – Hüseyn Cavid parkının qarşısında, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin arasında cərəyan edir. Hüseyn Cavid prospekti ilə hərəkət edən «Niva» markalı avtomobil əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında ikitəkər qalxır. Bir qədər hərəkət etdikdən sonra Ədliyyə Nazirliyinin qarşısında geriyə hərəkət edir. Hansı ki, həmin ərazidə geriyə hərəkət qadağandır. Maraqlıdır ki, «Niva»nın bu hərəkətləri kamera ilə gizlin yox, açıq-aşkar çəkilir və çəkənlər də elə sürücünün tanışlarıdır. Deməli, onlar bunu əvvəlcədən planlaşdırıblar. Ümumiyyətlə, son vaxtlar «avtoş»lar özlərini reklam etmək üçün belə çəkilişlər edərək sosial şəbəkələrdə yayırlar. Amma onlar hər ehtimala qarşı avtomobilin nömrəsini gizlin saxlayırlar. Məsələn, bu videodakı «Niva»nın arxa və qabaq nömrələri yerində deyil. Və həmişəki kimi, bu kadrlar da gecə yarısı çəkilib. Görəsən, gecə yarısı DYP-nin «Təhlükəsiz şəhər» kameraları işləmir, yoxsa özü?
Elməddin
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO
Mitsubishi Pajero ailəsi yeni modellərlə genişlənəcək
Yay mövsümündə avtomobil sürdükdən sonra radiatoru təmizləmək vacibdir?
Avtomobillərdə mis alüminiumu əvəzləyir – SƏBƏB - FOTO
Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA












