Barak Obamanın “Yırtıcı”sı - “Cadillac” - FOTOLAR

Dünya liderlərinin avtomobilləri həmişə insanlarda maraq oyadıb. Avtosfer.az avtolent.az-a istinadən Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın xidməti avtomobili haqda yazını təqdim edir. ABŞ prezidenti Barak Obamanın xidməti avtomobili, “Yırtıcı” (The Beast) ləqəbli lüks “Cadillac” limuzin dünyanın ən zirehli və ən təhlükəsiz maşınıdır. Qapıların 20 santimetrlik zirehi, pəncərələrin isə 12 santimetrlik zirehi avtomobili iri çaplı silahlardan birbaşa atəşdən qorumaq imkanındadır.
Həmçinin avtomobildə kimyəvi hücuma qarşı oksigen balonları da var. Eyni zamanda, avtomobilə gözyaşardıcı qaz, fövqəladə vəziyyət zamanı mühafizəçilərin istifadə etməsi üçün tapançalar, tüfənglər, habelə qumbaraatanlar yerləşdirilib.
Ən maraqlısı isə odur ki, ABŞ prezidentinə mümkün hücum baş verəcəyi təqdirdə onu qan itkisindən xilas etmək üçün avtomobildə qan ehtiyatı saxlanılır. Həmin qan Barak Obamanın özündən götürülüb.
“Yırtıcı” General Motor GMC TopKick yük pikapının platformasında hazırlanıb. Çəkisi 8 tondan artıqdır. Onun uzunluğu 5, 5 metrdir.
“Yırtıcı” 10 kilometrə 3 litr dizel yandırır. Avtomobil Barak Obama ilə birlikdə dünyanı gəzir. Onu daşımaq üçün xüsusi təchiz edilmiş nəqliyyat təyyarəsi C-17 Globemaster istifadə olunur. Bundan əlavə, “Yırtıcı”nın hərəsi 300 min dollar olan bir neçə surəti də var. Nəqliyyat təyyarəsində eləcə də prezidentin mühafizəsi üçün ayrılmış içərisində xüsusi rabitə təchizatı olan zirehli “Chevrolet” Suburbanlar gəzdirilir.
Avtomobilin təkərləri də çox möhkəmdir. Əgər təkərlərə güllə dəysə belə, avtomobil prezidenti təyin olunmuş yerə qədər aparır. Avtomobilin salonu praktiki olaraq ətraf mühitdən təcrid olunub. Avtomobildə bir neçə havalandırma sistemi var ki, kimyəvi hücumu sıfıra endirir. “Yırtıcı” 7 nəfərlik sərnişin üçün nəzərdə tutulub. Avtomobildə bir qayda olaraq Məxfi Xidmətin işçisi və prezident divanda oturur. Bundan əlavə, 4 nəfərin oturması üçün də açılıb örtülən kreslolar var.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları














