Bayram günləri avtobus zolağına daxil olan sürüclərə cərimə yazılır? - AÇIQLAMA

Paytaxtda ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək üçün xüsusi hərəkət zolaqları ayrılıb. Bu zolağa minik avtomobilləri daxil olan zaman sürücüyə 40 AZN məbləğində cərimə tətbiq edilib.
Bu qadağalar bəzi küçələrdə günün müəyyən saatlarında, digərlərində isə günün istənilən saatında aktiv olurdu.
Bildiyiniz kimi, mayın 9-16-na qədər ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Bəs görəsən bu bayram günlərində avtobus zolaqlarına çıxan minik avtomobillərinin sürücülərinə cərimə tətbiq ediləcəkmi?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı mediaya açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, şənbə-bazar və qeyri-iş günlərində ictimai nəqliyyat işləmədiyi üçün avtobus zolaqlarından istifadədə məhdudiyyət tətbiq edilmir:
“Vacib olan ictimai nəqliyyatın çalışdığı günlərdə sürücülərin avtobus zolağının tələblərinə riayət etmələridir. Məqsəd bu zolaqlara nəzarətin gücləndirilməsi ilə yanaşı sayının da artırılmasıdır”.
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır












