Bazar günləri parkinqlər pulsuz olacaq - RƏSMİ

Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq.
Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiq edilməsi haqqında" qərarda əksini tapıb.
Qərara əsasən, eyni zamanda "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XV hissəsinə əsasən, ödənişli parklanma
yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmayacaq. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.
Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası"na uyğun olaraq fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar.
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər












