Bazarda “qiymət müharibəsi” - Çin maşınları niyə rekord həddə ucuzlaşır?

Çin avtomobilləri xeyli ucuzlaşıb. Bir neçə ay ərzində Çin avtomobillərinin qiymətində kəskin eniş müşahidə olunur.
Bəs, son aylarda Çin avtomobillərinin qiymətində müşahidə olunan ucuzlaşmanın əsas səbəbləri nələrdir?
Avtosfer.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev Konkret.az-a açıqlamasında bildirib ki, son aylarda Azərbaycanda Çin istehsalı avtomobillərin qiymətlərində müşahidə olunan ucuzlaşma müxtəlif amillərlə bağlıdır.
Eyyub Əliyevə yeni vəzifə verildi Yeni Sabah
“Hazırda ölkəyə gətirilən Çin avtomobillərinin 70 faizdən çoxu qeyri-rəsmi idxalçılar, yəni alverçilər tərəfindən gətirilir, yalnız 30 faizi isə rəsmi dilerlər vasitəsilə, birbaşa zavoddan və zəmanətlə satılır.
“Qeyri-rəsmi idxalçılar arasında rəqabət o qədər güclənib ki, bazarda “qiymət müharibəsi” başlayıb. Bu isə günü-gündən qiymətlərin enməsinə səbəb olur. Eyni zamanda, bəzi elan saytlarında və reklam platformalarında sifariş əsasında gətirilən avtomobillərin ucuz qiymətlə təqdim edilməsi alıcıda yanlış təəssürat yaradır”.
Ekspert qeyd edib ki, bəzi Çin modellərinin istehsalı dayandırılıb və onların qiyməti istehsalçı ölkədə də aşağı düşüb. Bundan başqa, Çində dövlət subsidiyaları daxili bazarda avtomobillərin ucuz satılmasına şərait yaradır.
“Buraxılış ili də qiymətə təsir edir. 2023–2024-cü ilin avtomobilləri 2025-ci ilin buraxılışına nisbətən daha ucuz olur. Kənardan baxanda qiymətlərin ucuzlaşdığı görünür, amma prosesin arxasında çoxsaylı səbəblər dayanır”, – deyə Əliyev vurğulayıb.
O, bildirib ki, Çin avtomobillərinin ucuzlaşması təkcə yerli bazara deyil, digər ölkələrdən idxal olunan modellərə də mənfi təsir göstərir. Bu, digər markalara olan marağı azaldıb, ikinci əl bazarını isə demək olar ki, sıradan çıxarıb.
Eyyub Əliyevin sözlərinə görə, ikinci əl avtomobillər hazırda dəyərindən 40–45 faiz ucuz təklif olunur.
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO










