Belə intizamsız sürücülər varkən DYP nə etsin – BİABIRÇI VİDEO

Bizim sürücülərin maraqlı bir xüsusiyyəti var; bir hadisə baş verən kimi, yolda sıxlıq yarandıqda «Yol polisi hara baxır» deyib, müxtəlif səpkili tələblər səsləndirirlər. Bu hələ həmin tələblərin yüngül formasıdır. Bəzən elə ağlasığmaz tələblər də eşidirik ki, bunun heç yol polisinə aidiyyatı da olmur. Həmin sürücülərin tələb etmək haqqını əlindən almaq istəmirik. Heç Dövlət Yol Polisini də müdafiə etmirik. Amma bu videomaterialı izləyəndən sonra bir fikir formalaşır ki, DYP-dən çox hey tələb edən sürücülər nə üçün DYP-nin, daha doğrusu, qanunun tələblərini yerinə yetirmirlər? Biz həmişə sürücü mədəniyyətindən danışırıq. Bu kadrlara diqqətlə baxın. Burada sürücü mədəniyyətindən əsər-əlamət varmı? Diqqət edin görək heç olmasa iki maşın ard-arda normal dayana bilibmi? Xeyr! Hərə bir cür dayanıb, biri aya baxır, biri çaya. Başqasının yoluna soxulanlar, qarşı yola çıxanlar isə saysız-hesabsızdır. Buyurun, elə həmin yerdə DYP əməkdaşları dayanıb yolda hərəkəti tənzimləyir, tıxacın qarşısını almağa çalışırlar. Bəs sürücülər nə edirlər? Gəlin, bu suala elə bu kadrları izləyəndən sonra birlikdə cavab verək. Nədən bizim tələblərimiz çox olur, amma bizdən tələb olunan kiçik məsələləri nəzərə almarıq? Həmin o kiçik məsələ sadəcə və sadəcə qanunlara əməl etməkdir. Yolda bir balaca sıxlıq yaranan kimi başqasının yoluna çıxmaq olmaz. Qarşı yola çıxmaq qəza şəraiti yaradır. Avtomobilin yolda zolaqlar üzrə yerləşdirilməsi sürücünün borcudur. Nizamlanmayan yolayrıclarında yol polisi əməkdaşının işarələrinə əməl etmək lazımdır. Gəlin, tələb etdiklərimiz kimi, bizdən tələb olunanlara da əməl edək! Yəni, mədəni olaq!
Avtosfer.az saytı bu videonu ona görə təqdim edir ki, bu cür situasiyalara düşüb qarmaqarışlıq yaradanlar özlərinə kənardan baxıb nəticə çıxarsınlar. Belə olmaz, dostlar! Bu, həm təhlükəlidir, həm də sürücü mədəniyyətinin aşağı olmasını göstərir.
Elməddin Muradlı
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










