Benzinin bahalaşması bu maşınlara tələbi artırıb - VİDEO

Aİ-95 və Aİ-98 markalı benzinin qiymətinin qalxması ekoloji təmiz avtomobillərə tələbi artırıb.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov "Xəzər Xəbər"ə deyib ki, xüsusilə son günlər bu növ nəqliyyat vasitələri alanların sayı çoxalıb. Çünkü bu nəqliyyat vasitələri qismən yanacaqla işləyir və digər avtomobillərlə müqayisədə sərfiyyatı aşağı hesab edilir.
Bununla yanaşı dizel mühərrikli avtomobillərə də tələb çoxalıb.
Mövcud qaydalara görə, elektrik mühərrikli və istehsal tarixi 3 ildən, mühərrikinin həcmi isə 2500 kub santimetrdən çox olmayan hibrid avtomobilləri idxal zamanı yalnız əlavə dəyər vergisindən azaddır. Ancaq ekspert hesab edir ki, bu həvəsləndirici addımlar kifayət deyil və belə addımlar davam etdirilməlidir.
Ekspert onu da bildirdi ki, hələlik daxili bazarda payız aylarına qədər avtomobillərin qiymətinin qəfil yüksəlməsi və yaxud enməsi gözlənilmir.
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR










