Beynəlxalq yük daşımalarında YENİLİK – “Quru sərhədləri açılarsa...”

Gün keçdikcə nəqliyyat dəhlizləri və yükdaşımaların əhəmiyyəti daha da artır. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra, nəqliyyat yollarının şaxələndirilməsi məsələsi xeyli aktuallaşıb. Azərbaycanın da bu sahədə mühüm potensiala malik olduğu, heç kimə sirr deyil.
Digər tərəfdən, ölkəmizdə xüsusi karantin rejimi davam edir və quru sərhədləri bağlıdır.
Bəs, beynəlxalq yükdaşımaları ilə bağlı vəziyyət necədir?
Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Aslan Əsədov Bizim.Media-ya fikirlərini bölüşüb.
O, bildirib ki, ölkənin quru sərhədləri bağlı olduğu üçün vətəndaşlar yalnız hava nəqliyyatı vasitəsilə xarici ölkələrə səfər edə bilirlər:
“Amma bu yaxınlarında verilən qərara əsasən turistlərin ölkə daxilində səyahəti zamanı COVID pasportu tələb olunmayacaq. Bu gün Azərbaycan Respublikası olaraq sərtləşdirilmiş karantin qaydalarının qaldırılması, gediş-gəlişin asanlaşdırılması üçün sərhədlərin açılması mütləqdir. Bu məsələnin obyektiv şəkildə həll olunmasının yaxın zamanlarda baş verəcəyini düşünürəm”.
Digər tərəfdən, avtomobil nəqliyyatı ilə yük daşımalarının beynəlxalq qaydalarına əsasən, istər karantin zamanı, istərsə də fors-major hallarda Azərbaycanda beynəlxalq daşımalara heç bir məhdudiyyət qoyulmayıb:
Ekspert sərhəd keçid məntəqələrində yarana biləcək bir çox problemlərin aradan qaldırılması üçün görülən tədbirləri də diqqətə çatıdırıb:
“Biz yaxın keçmişi xatırlasaq görürdük ki, Rusiya ilə sərhəd keçid məntəqəsində müəyyən bir sıxlıq yaranmışdı və ən qısa zamanda yeni bir keçid məntəqəsinin açılışı oldu. Yeni keçid məntəqəsinin yaradılması daha çox gediş-gəliş və xidmətin təşkili, o cümlədən yük maşınlarının sıxlığının aradan qaldırılması üçün nəzərdə tutulmuşdu.
Bu addım yük daşımaları potensialını təxminən on dəfədən çox artırdı. Hətta, sərhədi piyada keçən sərnişinlər, eləcə də avtobus və minik avtomobilləri üçün də gözəl şərait yaradılıb”.
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir










