Bəzi yollarda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Bakının bəzi yollarında sürət həddi əvvəlki vəziyyətə qaytarıldı. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Qeyd edək ki, dünən Bakının meteoroloji şəraiti nəzərə alınmaqla paytaxtın bəzi yollarında sürət həddi dəyişdirilmişdi. Belə ki, paytaxtda dumanlı, çiskinli və yağmurlu hava şəraitinin hökm sürdüyünü nəzərə alaraq, yollarda təhlükəsizliyin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Heydər Əliyev Beynəlxalq Hava Limanından Böyük Şor dairəsinə, yəni metronun "Koroğlu" stansiyasının yaxınlığına qədər olan hissəsində, eləcə də Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətindəki beton yolda avtomobillərin hərəkət sürətini göstərən elektron tabloların göstəricilərində dəyişikliklər edilib. Elektron tablolarda zolaqlar üzrə göstərilən bütün sürət hədləri 20 km/saat azaldılmışdı. Belə ki, adıçəkilən yollarda tablolarda göstərilən zolaqlar üzrə 120 km/saat sürət həddi 100 km/s-a, 100km/s 80 km/s-a, 80 km/s isə 60 km/s-a endirilmişdi.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












