Bir ay ərzində toy və yas mərasimlərinə qadağa

Avropa Yay Oyunları keçirilən zaman Bakıda yas mərasimləri keçirilməyəcək. Yas mərasimləri üçün qurulan çadırların nəqliyyatın hərəkətinə mane olacağından küçə və yollarda yas mərasimləri ilə bağlı çadırların qurulmaması tövsiyyə olunur. Belə ki, yas mərasimləri keçiriləndə paytaxtda tıxac yaranır və nəqliyyatın hərəkitnə mane olur. Bu məlumatı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov da təsdiqləyib. O bildirib ki, yasların mərasim zallarında keçirilməsi tövsiyə olunur. Onun sözlərinə görə, Avropa Oyunları zamanı paytaxt yollarında yas çadırlarının qurulması mümkünsüz olacaq.
Qeyd edək ki, Avropa Yay Oyunları günlərində Bakıda tıxacların aradan qaldırılması, şəhərdə sıxlığın qarşısının alınması üçün yarış günlərində paytaxtın şadlıq saraylarında toyların keçirilməsinə də icazə verilməyəcək. Şadlıq saraylarına iyunun 12-dən 28-dək toy mərasimi sifariş qəbul etməmək barədə xəbərdarlıq olunub. Yarışmanın başa çatmasından bir neçə gün sonra isə Ramazan ayı daxil olacaq.
Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bu məhdudiyyət iyun ayı ərzində qüvvədə olacaq. Çünki iyunun əvvəllərindən başlayaraq Bakıya qonaqlar gələcək: «Qonaqların qarşılınması, yerləşdirilməsi, onların paytaxtla tanış edilməsi də tədbirlər planına aiddir. Bu baxımdan, tövsiyyə edirik ki, yollarda nəqliyyatın hərəkətinə maneə olmamaq üçün toy mərasimləri keçirilməsin, yas mərasimləri isə mərasim zallarında keçirilsin».
Emin
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










