Elgiz Əkbər: "Bir mahnı ilə özümə "Touareg" aldım" - VİDEO

Aparıcı Elgiz Əkbər növbəti açıqlaması ilə gündəmə gəlib.
Elgiz aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində bildirib ki, illər əvvəl müğənni Xatirə İslamla oxuduğu mahnıya görə, özünə dəbdəbəli avtomobil alıb.
"İllər əvvəl musiqiçi və aranjimançı Yaşar Baxışla rastlaşdım. Çay süfrəsi zamanı ona müğənni olmaq istədiyimi söylədim.
Ona dedim ki, "Yaşar müəllim, toylara gedib, mahnı oxuyub, pul qazanmaq istəyirəm". Sual verdi ki, səsin var? Cavab verdim ki, nəbilim, səsimin olub-olmadığını bilmirəm. Dedi ki, mənim üçün hansısa bir mahnını ifa et. Ağzımı açıb, züm-zümə edəndə reklam bitdi, məni efirə çağırdılar. Söhbətimiz elə orada yarımçıq qaldı və Yaşar müəllim fikrini mənə çatdıra bilmədi.
Ondan sonra bununla bağlı heç kimə bir daha müraciət etmədim. Amma oxumaq istəyi ürəyimdə idi. Ömrümdə nə mahnı, nə də ki, züm-zümə etmişdim. İllər sonra İctimai televiziyanın bir layihəsi oldu. Həmin layihədə müğənni Xatirə İslamla bir mahnını duet şəklində oxudum.
Ondan sonra bu nəğmə necə populyar oldu. Açıq etiraf edim ki, bu mahnı ilə özümə "Volkswagen Touareg" markalı avtomobil aldım. Bir mahnı ilə... Birinci avtomobilim yaman gündə, sınıq-salxaq idi. Xatirəyə də bu mahnını çox uğur gətirdi. Onu bu mahnıya görə çox sayda toylara dəvət aldı. Bizim ikimizi bu mahnıya görə tez-tez toylara cağırırdılar. Zəng edib deyirdi ki, bizim ikimizi Moskvada toyda görmək istəyirlər.
Bileti tez al, gəl toya. Deyirdim ki, 15 dəqiqəyə efirim başlayır, verilişi qoyub toya necə gələ bilərəm.
Əgər mən o zamanlar Xatirəyə qoşulub Moskvaya toylara getsəydim, çox pul qazanardım. Bir mahnı və bir duet böyük səs-küy yaratdı. Amma Xatirə məndən sonra bu mahnını başqa bəy müğənnilərlə oxusa da, tutmadı. Xatirə gözəl müğənnidir. O, bu mahnını daha əvvəl məşhur etmişdi. Amma bizim bu duetimizi xalq çox sevdi", - deyə Elgiz vurğulayıb. (bizim.media)
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir










