Biznesmen oğlunun son qurbanı öldü – VİDEO + FOTO

Dekabrın 2-də Kutuzov prospektində azərbaycanlı biznesmenin oğlu Vaqif Mirzəyevin törətdiyi dəhşətli yol-nəqliyyat hadisəsinin qurbanı - 21 yaşlı Darya Dadyura vəfat edib. Avtosfer.az xəbər verir ki, moskvalı həkimlər qızın həyatını qurtarmaq üçün əllərindən gələni ediblər, amma bədənində olan yanıq və sınıqlar həddən artıq ağır olub. Qeyd edək ki, noyabrın 8-də Mirzəyev “BMW M5”-i yüksək sürətlə idarə edərək qarşı zolağa çıxıb və qarşıdan gələn “Hyundai Accent”lə toqquşub. V.Mirzəyevin dostları Rusiya mətbuatına bildiriblər ki, o, iti sürət həvəskarı olub. V.Mirzəyevin maşınında olan 21 yaşlı Darya Dadyura adlı gənc qız isə onurğa sütununun sınığı və yanıq diaqnozu ilə xəstəxanaya aparılmışdı. O, “BMW M5”-in arxa oturacağında oturubmuş. Dostları onu da deyib ki, Vaqifin heç vaxt pul problemi olmayıb: “Vaqif varlı ailədən idi. Atası zəngin biznesmendir. Vaqifin əvvəllər “Mercedes ML350” markalı maşını vardı. “BMW M5” markalı maşını isə iki ay əvvəl almışdı”.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları












