BMW şirkəti CE04 adlı elektroskuteri təqdim edib - FOTO

BMW şirkəti CE04 adlı elektroskuter modelini təqdim edib. Sözügedən elektroskuterin konsepti hələ 4 il bundan öncə ortaya çıxmışdı. Təqdim edilmiş elektroskuter fərqli dizayna, yaxşı sürətlənmə dinamikasına və bir dəfə şarj olunandan sonra uzun yol qətt etmə özəlliyinə sahibdir. BMW-nin verdiyi məlumata əsasən elektroskuter 42 at gücündə olan mühərrik ilə təchiz olunub və bunun sayəsində o, saatda 50 km sürəti 2.6 saniyəyə yığa bilir. Elektroskuterin maksimal sürəti isə saatda 120 km təşkil edir.
Bununla yanaşı elektroskuter 8.9 kilovatt saat batareya həcminə sahibdir. Bunun sayəsində o, 130 km yol qətt edə bilir. Onun daha sadələşdirilmiş versiyası isə 100 km yol qətt etmə imkanına sahibdir. İstifadəçi üçün 3 səyahət rejimi təklif olunur: ECO, Rain və Road. Bununla yanaşı BMW CE04 davamlılığın idarəsi və itələmə gücünün dinamik idarəsi sistemləri ilə təchiz olunub. Hərəkət sürəti, batareyada qalmış enerji səviyyəsi və digər özəlliklər barəsində məlumatlar 10.25 düym ölçülü ekranda əks olunurlar.
Elektroskuterin komplektinə 2.3 kilovatt saat olan şarj cihazı daxildir. Məişətdə istifadə olunan enerji girişi sayəsində şarj cihazını elektroskuterə qoşaraq onu şarj etmək mümkündür. Elektroskuterin 100% enerji yığması üçün 4 saat 20 dəqiqə vaxt lazım olacaq. Alternativ olaraq daha güclü şarj cihazı əldə etmək olar. Onun sayəsində 100% enerjini 1 saat 40 dəqiqəyə yığmaq mümkündür. BMW CE04-ün standart versiyası 11.795$-a satılacaq. Onun 2022-ci ildə satışa çıxması planlaşdırılır./technote
Səsboğucu hansı hallarda qanunidir? - Maşın həvəskarlarının DİQQƏTİNƏ - 150 MANAT CƏRİMƏ
Yarım əsrlik “Niva” 60 min manata satışa çıxarıldı - FOTOLAR
Açıq səma altında avtomobil muzeyi tarixə qovuşdu - FOTO
Elektromobil və hibrid satışında növbəti rekord
Beton yolun insan səhhəti üçün zərərli olduğu bildirilir - FOTO
Avtomobil bazarında SON VƏZİYYƏT - VİDEO
Tamamilə Yeni RAV4 – Hər macərada daha möhkəm və daha rahat - FOTO
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO










