“BMW XM 50e” təqdim edildi - FOTO

“BMW” bir neçə gün əvvəl “XM” modelinin başlanğıc səviyyəli variantı olan “XM 50e”ni təqdim etdi. Avtosfer.az xəbər verir ki, “XM 50e”, “M760”də yer alan 563 at gücündən istifadə edir. Bu qurğu, həmçinin 801 Nm fırlanma anı hasil edə bilir.
Bavariya avtomobil istehsalçısının “XM 50e”ni sakit şəkidə elan edib. “XM 50e” haqqında təmtəraqlı bir açıqlama verməyən “BMW” modeli sədasız formada məhsul çeşidinə əlavə edib. “XM 50e”, 469 at qüvvəsi və 701 Nm fırlanma anı verə bilən seçimlə gəlir. Bütün bu texniki məlumatlar 3,0 litrlik altı silindrli turbomühərrikdən əldə edilir. Təbii ki, modelin elektromobil mühərrikini də nəzərdən qaçırmaq olmaz. “XM 50e”nin elektrikli mühərriki 197 at qüvvəsini özü istehsal edir.
0-100km/saat sürətlənməsini cəmi 5.1 saniyədə tamamlayan “XM 50e”ni bu model ailəsinin digər üzvləri ilə müqayisə etdikdə onlardan geri qalmadığını görürük. “BMW XM” 0-100 km/saat sürətlənməsini 4.1 saniyəyə gerçəkləşdirir.
“BMW”nin SUV modeli olan “XM”, “M760e” ilə eyni batareyadan istifadə edir. Belə ki, 22,1 kVt/saat batareya paketi “BMW”nin hər iki flaqman modelində istifadə olunur.
“BMW”nin radikal dizaynları bəziləri tərəfindən bəyənilməsə də, brendin sport dizaynının zənginləşməsinə kömək edir. “BMW XM” markanın yeni və radikal dizayn dilindən istifadə edir.
Nərmin Əkbər
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR















