«BMW»nin loqosunun maraqlı tarixi və mənası var - FOTOLAR

Dünyada ən populyar avtomobil markalarından biri olan «BMW»nin loqosunun da maraqlı tarixi və mənası var. Avtosfer.az-ın məlumatına görə, bu loqo dörd hissəyə bölünmüş dairədən ibarətdir. Hissələrdən ikisi ağ, ikisi isə mavi rəngdədir. Bu dairə özü fırlanan təyyarə pəri (propeller) deməkdir. Ağ və mavi rənglər isə «BMW»ni istehsal edən zavodun yerləşdiyi Bavariyanın simvoludur. Almaniyanın tarixində mühüm yeri olan Bavariyanın gerbində 10-cu əsrdən həmin rənglər var.
Loqonun üstündəki hərflər (B, M və W) isə bu zavodun adının abbreviaturasıdıır: Bayerische Motoren Werke AG ("Bavariya Mühərriklər Zavodu").
Bu avtomobil markasının loqosunda təyyarə pərinin təsvirinin olması isə təsadüfi deyil. «BMW» ilk dəfə yalnız təyyarə mühərriklərinin istehsalı ilə məşğul olub. Zavodun indiki adı 1916-cı ildə Münhen şəhərində iki kiçik zavodun birləşməsindən sonra yaranıb. Almaniyanın Birinci Dünya Müharibəsində məğlubiyyətindən sonra bu ölkədə aviasiya mühərriklərinin istehsalı qadağan edilib. Həmin qadağadan sonra «BMW» istehsal profilini dəyişməyə məcbur olub. Nəticədə 1923-cü ildə «BMW» markalı ilk motosikletlər meydana çıxıb. 1928-ci ildə «BMW» zavodu Britaniyanın Austin avtomobil markasının istehsalına başlayıb. «BMW» markası ilə ilk avtomobil isə 16 noyabr 1928-ci ildə istehsal edilib.
Hazırda «BMW» markalı avtomobillər təkcə loqosu ilə deyil, qabaq tərəfində radiator barmaqlıqlarının özünəməxsus dizaynı ilə də fərqlənir. Bu avtomobillərin qabaq tərəfinin dizaynında iki ovallaşmış dördbucaq şəklində radiator barmaqlıqları «BMW» avtomobillərini uzaqdan tanımağa kömək edir.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları











