BNA Bakının ən problemli yol kəsişməsində qaydaları dəyişib yenilik etdi - DİQQƏT! - VİDEO

Paytaxtda nəqliyyat şəraitinin yaxşılaşdırılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması istiqamətində növbəti araşdırmalar Ceyhun Hacıbəyli küçəsinin Abbasqulu ağa Bakıxanov və Ənvər Qasımzadə küçələri ilə kəsişməsində aparılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Bakıxanov küçəsi Bakı şəhərinin əsas yol şəbəkələrindən biridir. Adıçəkilən küçənin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindən gün ərzində 50 mindən artıq nəqliyyat vasitəsi keçir ki, həmin nəqliyyat vasitələrinin böyük əksəriyyətinin sola dönərək “Gənclik” metro stansiyasına istiqamətlənir. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd olunub ki, Ceyhun Hacıbəyli–Ənvər Qasımzadə küçələrinin kəsişməsində hərəkətin nizamlanmadığı səbəbindən xaotik vəziyyətin yarandığı, Ənvər Qasımzadə küçəsi ilə hərəkətdə olan avtobusların ləngiməsi və sərnişindaşıma xiddətində keyfiyyətin aşağı düşməsi, kəsişmənin hərəkəti buraxma qabiliyyətinin aşağı, nəqliyyat intensivliyinin isə yüksək olması səbəbindən tıxac və sıxlıq hallarının yaranması və Bakı Zoologiya Parkı və Koroğlu parkına piyada axınının çox olması halları da aşkar edilib.
Həyata keçirilmiş dəyişikliklər nəticəsində C.Hacıbəyli – Ənvər Qasımzadə küçəsinin kəsişməsində svetofor obyektləri quraşdırıb, eyni zamanda kəsişmədə üfuqi nişanlanma xətti ilə sarı tor çəkilib. Nəticədə:
· C.Hacıbəyli – Ənvər Qasımzadə küçələrinin kəsişməsindəki mübahisəli nöqtələr aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin edilmiş və yol hərəkəti təhlükəsizlik səviyyəsi artırılıb;
· tıxac və sıxlıq hallarının baş vermə ehtimalı azaldılıb;
· marşrut avtobuslarının qrafikində yaranan gecikmələr aradan qaldırılaraq sərnişindaşıma xiddətinin keyfiyyəti artırılıb;
· təşkil edilən nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların təhlükəsizliyi maksimum həddə çatdırılıb.
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO












