Bu gün Vətən müharibəsinin 21 yaşlı şəhidinin doğum günüdür - FOTO

İkinci Qarabağ müharibəsində canından keçən 2 855 şəhiddən biri də Kazımov Əmir İlham oğludur.
1998-ci ildə Bakıda anadan olan Ə.Kazımov evin tək oğlu olub. O, sentyabrın 29-dan etibarən Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən müharibədə iştirak edərək qəhrəmancasına şəhid olub.
Oxu.Az-ın əməkdaşı ilə söhbət edən şəhidin əmisi oğlu Həmid Kazımzadə deyir ki, Əmir olduqca vətənpərvər oğlan olub:
“Əmir çox mərd, qayğıkeş insan idi. Vətənini, torpağını canından çox sevirdi. Hər zaman deyirdi ki, müharibə başlasa ön sıralarda gedəcəm. Elə dediyini də etdi. Həqiqi hərbi xidmətini başa vurmuşdu.
Müharibə başlayanda ön cəbhəyə yollanıb. Manqa komandiri kimi döyüşlərdə iştirak edib. Döyüşə getdikdən sonra oktyabrın 3-də ailəsi ilə əlaqə saxlayıb və halallıq alıb”.
Şəhidin əmisi oğlu deyir ki, Əmir Suqovuşan və Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib:
“Sonuncu dəfə ailəsi ilə danışdıqdan sonra bir müddət Əmirdən xəbər ala bilmədik. İtkin düşdüyünü dedilər. Biz səbirli olub, məlumat gözlədik. Axtardıq, bir məlumat tapa bilmədik. Noyabrın 25-i bizə Əmirin şəhid xəbəri gəlib. Çox ağır yaralandığı üçün onun ölümü DNT analizi ilə təsdiqləndi. Daha sonra noyabrın 26-da şəhidimizin nəşi ailəsinə təhvil verildi.
Bizə verilən məlumata görə, Əmir oktyabrın 10-da Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə ağır artilleriya atəşi nəticəsində şəhid olub”.
Bu gün Şəhid Əmir Kazımovun doğum günüdür. Yaşasaydı 22 yaşını qeyd edəcəkdi. Ruhun şad olsun, vətən oğlu.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Kazımov Əmir İlham oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?










