Bu ölkədə sürücüsüz maşın idarə etməyə razılıq verildi

Birləşmiş Ərəb Əmirliklərinin Nazirlər Şurası bazar ertəsi özəl şirkətə ictimai yollarda avtonom nəqliyyat vasitələrini idarə etmək üçün ilk milli lisenziyanı təsdiqləyib.
Bu barədə BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid Al Məktum məlumat verib.
"Nazirlər Şurasının bugünkü iclasında ölkə yollarında özü idarə edən avtomobillərdən istifadə etmək üçün ilk milli lisenziyanı təsdiq etdik" - deyə o, tviter hesabında yazıb. BƏƏ-nin Baş naziri icazəni ixtisaslaşmış “WeRide” şirkətinin aldığını bildirib.
Bundan əlavə, BƏƏ hökuməti bazar ertəsi elektrik avtomobilləri ilə bağlı siyasəti təsdiqləyib. Buraya enerji doldurucuların milli şəbəkəsinin yaradılması, belə maşınlar bazarının tənzimlənməsi, eləcə də əlaqəli sahələrin stimullaşdırılması daxildir.
BƏƏ səlahiyyətliləri həyatın müxtəlif sahələrində, xüsusilə atmosferə istixana qazları tullantılarının azaldılmasına yönəlmiş qabaqcıl texnologiyaları fəal şəkildə tətbiq edir və özəl biznesi buna həvəsləndirir. Cari ilin martında “United Parcel Service” yüklərin daşınması üçün elektriklə işləyən şaquli qalxan təyyarəni sınaqdan keçirmək üçün lisenziya aldı və apreldə Dubay hakimiyyəti şəhərdə 4 min pilotsuz taksi buraxmağı planlaşdırdıqlarını açıqladı. May ayında Əbu-Dabidə Yaxın Şərqdə ilk elektrik zibil maşınının istifadəyə verildiyini bildirdi. (lent.az)
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində












