Bu ölkədə yol hərəkətini qadınlar tənzimləyir - FOTO

Oxucular Cənubi Koreya (Koreya Respublikası) avtomobilləri barədə kifayət qədər məlumata malikdir. Avtosfer.az-ın avtolent.az-a istinadən məlumatına görə, bu avtomobillərin Azərbaycanın istənilən yerində görmək mümkündür. Lakin onun kommunist qardaşı olan Şimalda (Koreya Xalq Demokratik Respublikası - KXDR) vəziyyət tam fərqlidir. Bu ölkədə avtomobillər çox az və köhnədir. Avtomobil keçmiş SSRİ-də olduğu kimi əsasən partnomenlatura və hərbçilər üçün nəzərdə tutulub. Maraqlıdır ki, Şimalda avtomobil istehsalı cənubdan daha tez – ötən əsrin 50-ci illərində başlayıb. Sovet avtomobillərindən “QAZ-51”, “PObeda” və “UAZ” bu ölkədə müxtəlif adlarla yığılıb. Lakin istehsal həcmi az olub və daxili ehtiyac üçün nəzərdə tutulub. Hətta “PObeda” avtomobilinin 90-cı illərin sonunadək məhdud miqdarda istehsal edilməsi barədə də məlumat var. 5 il əvvəl dövlət ehtiyacları üçün 300 ədəd “Lada” alınıb. Son illərdə ölkədə az da olsa bahalı yapon avtomobilləri gözə dəyir. Bu avtomobillərin əsas istifadəçiləri yüksək rütbəli zabitlər və Yaponiya vətəndaşlığı olan koreyalılardır (Yaponiyadakı Koreya icması). Onlar yerli əhalidən fərqli olaraq ölkə ərazisini sərbəst tərk edib geri qayıtmaq hüququna malikdirlər. Hazırda “Pyeonghwa Motors Corporation” şirkəti “Fiat”ın bəzi modellərini yığır.
Paytaxt Pxenyanda svetoforlar yox dərəcəsindədir. Hərəkəti əsasən qadın polislər tənzimləyir. Müharibədən sonra yenidən qurulmuş şəhərdə dar küçə və dalanlar demək olar ki yoxdur. Bəzi yerlərdə şəhərarası yollar 7-8 cərgədir. Əlbəttə ki, Azərbaycandan fərqli olaraq burdakı yollarda tıxac və ya intensivlik yoxdur. Avtomobil qəzaları da çox nadir rast gəlinən hadisədir.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
































