Bu şəxslərə avtomobil sürmək QADAĞAN EDİLİR - Tədbirlər sərtləşdirilir

Statistikaya əsasən hər il dünyada 1,2 milyon insan yol qəzalarında həyatını itirir. Avropa bu dəhşətli vəziyyəti dəyişmək üçün tədbirləri sərtləşdirir.
Avtosfer.az xəbər verir ki, Avropa İttifaqı sürücülərin təhlükəsizliyini artırmaq və yol qəzalarını azaltmaq məqsədi ilə tarixi bir tənzimləmə imzalayır.
İlk dəfə həyata keçiriləcək bu tənzimləmə ilə yaşı 75-dən yuxarı olan sürücülər tibbi rəyi olsa belə, avtomobil idarə edə bilməyəcək. Qərarın səbəbi reflekslərin itirilməsi və yaşla əlaqədar diqqətin yayınması səbəbindən yol hərəkəti riskinin artmasıdır.
Yuxarı yaş həddi qərarı ictimaiyyətdə müzakirələrə səbəb olub. Qərarın əleyhdarları bunun yaşlı şəxslərin azadlığını məhdudlaşdıran ədalətsiz bir təcrübə olduğunu iddia edirlər.
Qərarın xüsusilə gündəlik işlərinin öhdəsindən şəxsi avtomobilləri ilə gəlməli olan yaşlılar üçün ciddi problemlər yaradacağı bildirilir./publika.az
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












