Bu sürücünün hərəkətinə siz qiymət verin - VİDEO

Avtosfer.az-ın daimi oxucularından Ziya Fərzullayev bu gün maraqlı videomaterial göndərib. Onun dediyinə görə, yanvarın 12-də, səhət saat 9 radələrində Heydər Əliyev prospektində – metronun «Koroğlu» stansiyasının yaxınlığında avtomobil qezası baş verib və həmin hadisə təsadüfən videoreqistrator vasitəsilə qeydə alınıb. Kadrlardan görünür ki, ağ rəngli «KİA» markalı mikroavtobus Heydər Əliyev prospektindəki sağ hərəkət zolağında yolun sağı ilə hərəkət etdiyi halda qəflətən manevr edərək sola çıxır. O, qarşıda tıxac olduğunu görüb prospektdəki əsas yola çıxmaq üçün üçüncü zolaqdan birinci zolağa qəfil yerdəyişmə əməliyyatı edir. Bu zaman arxadan öz yolu ilə hərəkət edən «VAZ 2106» markalı avtomobilin yoluna çıxır. «06»-nın sürücüsü «KİA» ilə toqquşmadan yayınmaq üçün əyləci basdıqda isə maşın yoldakı arakəsməyə çırpılır. «KİA»nın sürücüsü isə sanki heç nə olmayıbmış kimi yoluna davam edib qaçır.
«VAZ-2106»-nın sürücüsü nə qədər calışsa da, öz günahsızlığını sübuta yetirə bilməyib. Yəqin ki, bu kadrlar ona köməklik edər. Avtosfer.az həmin videonu təqdim edir. Baxın və belə sürücülərə qarşı münasibət bildirin.
Elməddin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












