Bu yolda qəzaya düşməmək üçün bu videoya mütləq baxın - VİDEO

Bakının 4-cü mikrorayon dairəsində hər gün ən azı bir dəfə xırda da olsa yol qəzası baş verir. Çünki bu yolayrıcının keçilməsi qaydası ya yol nişanları ilə düzgün tənzimlənmir, ya da sürücülər yolayrıcının keçilməsi qaydasını bilmirlər. Bu səbəbdən də burada tez-tez ağır və ya yüngül formalı yol qəzalarına rast gəlmək olar.
Avtosfer.az-ın məlumatına görə, qəzaların əksəriyyəti sürücülərin səhlənkarlığı ucbatından baş verir. Hesablama aparsaq, 1-2 saniyəyə səbr edib gözləməmək iki və ya üç avtomobilin toqquşub əzilməsi ilə nəticələnir. Təsəvvür edin, yolda 2 saniyə səbr edə bilməyən sürücülər avtomobili təmir etmək üçün günlərlə təmir sexlərində, servislərdə gözləyəsi olurlar.
Bu dairə sanki lənətlənib, ya da, lənətə gəlmiş yol nişanları burada düzgün tətbiq olunmur. Ümumiyyətlə, burada yol nişanlarının qaydasında olub-olmadığı da sual altındadır. Hər halda, Avtosfer.az DİN-in «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan bu qəza görüntülərini ona görə təqdim edir ki, 4-cü mikrorayon dairəsinə yolu düşən sürücülər burada ehtiyyatlı olsunlar. Ən azından 2 saniyə gözləmək olar.
Elməddin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












