Bu yollar hətta traktorları da batırır - FOTOLAR

Şəkillərdə gördüyünüz yol dünyanın ən palçıqlı və pis yoludur. Avtosfer.az xəbər verir ki, Rusiyada yerləşən bu yolun rəsmi adı «Lena» federal şossesidir. Bu yol Saxa Respublikasının paytaxtı Yakutsk şəhərini Rusiyanın digər hissələri ilə birləşdirən yeganə avtomobil yoludur. Qar əriyərkən və yağışlı havada bu yol keçilməz palçıq bataqlığına çevrilir. Həmin bataqlıq hətta traktor və yük avtomobillərini də «uda» bilər. Bu yolu dəhşətə çevirən odur ki, orada tək hərəkət edən və palçığa batan avtomobil günlərlə palçıqda qala bilər, çünki bu yolla avtomobillər, adətən, karvanla hərəkət edirlər. Bəzən isə növbəti avtomobil karvanı bir neçə gündən sonra yola çıxır. Amma qış vaxtı bu yol daha təhlükəsizdir, çünki yoldakı palçıq donur, çala-çuxuru isə qar-buz örtür. Nəticədə yol yay aylarına nisbətən hərəkət üçün daha rahat olur.
Nurlan
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
















