Cavanşir Məmmədov 480 min dollarlıq maşınından danışdı - 67 avtomobilim olub - FOTO

"Məni maşın almaq dala saldı. Yoxsa daha imkanlı olardım. Baha alıb ucuz satmışam".
Bu fikirləri Əməkdar artist Cavanşir Məmmədov səsləndirib.
"Nəvəm siyahısını tutub. Bu günə qədər 67 maşınım olub. İlk maşınım "Jiquli" markalı 2101 olub. Ən bahalı maşınım isə "Rolls Royce Long" idi. Dolların 78 qəpik olan vaxtında 480 min dollara almışdım. 150 minə satdım. 2010-cu ildə dünya şou biznesində o maşından heç kimdə yox idi. İstədim bir ilk olsun. Adım tarixə düşsün. Söhbət Longdan gedir. Long o biri maşınlardan 100000 bahadır. Bu maşın Dubay şeyxlərindən birinin maşınıydı. Şeyxlər maşın satmılrlar. Mən ona disk göndərmişdim. O da mənə öz paltarını hədiyyə etdi və həmin avtomobili satdı. Onun sürücüsü oğlumun dostudur. O diskdə bir ərəb mahnısı oxumuşdum. O da demişdi bu maşın və paltarla klip çəkdirərsən. Amma mən çəkdirmədim. Özümü göstərməyi sevmirəm. Amma Sevda Yəhyayeva mənim maşınımla klip çəkdirib",- deyə o bildirib.
Müğənni qeyd edib ki, bu günə qədər alıb satdığı maşınlarda ümumilikdə 500000 dollardan çox pul itirib.
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR











