Cəlilabadda ağır qəza: yaralılar var - FOTO

Ötən gün axşam saatlarında Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Anspress-in verdiyi məlumata görə, hadisə rayonun Abışabad kəndi ərazisindən keçən hissəsində baş verib. Cəlilabad rayonu istiqamətində hərəkətdə olan 1983-cü il təvəllüdlü Aqil Elyas oğlu Ağayev idarə etdiyi "VAZ-2107" markalı minik avtomaşını ilə əks istiqamətdə hərəkətdə olan Ruslan Muxtar oğlu Xudiyevin idarə etdiyi BMW markalı minik avtomobili toqquşub.
Hadisə şahidlərinin sözlərinə görə, hadisəyə hər iki avtomaşının yüksək sürətlə hərəkət etməsi səbəb olub. Bundan başqa, BMW-nin ön fənərləri nasaz olub.
Hadisə zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Bundan başqa, "Jiquli"nin sərnişinləri, 1957-ci il təvəllüdlü Elyas Seyfi oğlu Ağayev və 2007-ci il təvəllüdlü Aqşin Şölət oglu Ağazadə ağır yaralanıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, azyaşlı xəstə Aqşin Şölət oğlu Ağazadəyə lazımi yardımlar göstərilib. Digər xəstə Elyas Seyfi oğlu Ağayevin xəsarətləri ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib.
Faktla bağlı araşdırmalar aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












