Cəmi 37 ədəd istehsal edilib – VİDEO

İllərlə naməlum məkanda paslanan avtomobil, çıxarıldığı hərracda 16 milyon dollara satıldı. Fransanın paytaxtı Parisdə keçirilən hərraca 1961-ci ildə istehsal olunmuş Ferrari möhür vurub. Avtosfer.az atvxəbər-ə istinədən xəbər verir ki, adinin açıqlanmasını istəməyən bir kolleksiyaçı retro avtomobilə milyonlarla dollar pul sayıb.
Rojer Bailoya məxsus kolleksiayadan sadəcə bir nümunə olan Ferrari Kaliforniya Spayder avtomobili bir çox xüsusiyyətlərinə görə alıcıların diqqətini çəkib. Belə ki, bu avtomobildən yer üzündə sadəcə 37 ədəd istehsal olunub. Bundan başqa həmin 37 avtomobildən sadəcə 16 milyon dollar qiymət qoyulan maşın bir çox məşhurların nəqliyyat vasitəsi olub. Vaxtilə bu Ferraridə məşhur dünya ulduzu Alen Delon, daha sonra Jerar Blen gəzib. Hərracın təşkilatçısı Saymon Kidston bu avtomobili alan şəxsin kolleksiyaçı olduğunu, böyük ehtimalla həmin ferrarinin küçələrdə görünməyəcəyini bildirib. Bir müddət əvvəl, Fransada tərk edilmiş bir qarajda 60 retro avtomobilin tapıldığı barədə məlumat vermişdik. İndi 16 milyon dollara satılan Ferrari avtomobili, həmin 60 maşından sadəcə biridir. Həmin qarajda tapılan digər avtomobillər də hərraca çıxarılacaq. Maraqlısı isə odur ki, auksionerlər maşınlar qarajda hansı vəziyyətdə tapılıbsa, o cür də satmaq niyyətindədir.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları











